top
“Liverpul” qələbə qazansa çempionluq məsələsi həll olunacaq? İdman.biz
29 noyabr 2024, 15:43
- ↺ +

“Liverpul” qələbə qazansa çempionluq məsələsi həll olunacaq?

Bu həftəsonu milli çempionatlarda növbəti turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, bu qarşılaşmalardan ikisi böyük maraqla gözlənilir.
Sabah Almaniyada barışmaz rəqiblər - Dortmund "Borussiya"sı və "Bavariya" kimin güclü olduğunu müəyyənləşdirməyə çalışacaqlar
Münhen təmsilçisi bütün turnirləri nəzərə alınmaqla, ardıcıl yeddi qələbə qazanıb və hazırda Bundesliqada ən yaxın izləyicisini də altı xal qabaqlayaraq 29 xalla liderdir. Son beş matçının dördündə qalib gələn Dortmund klubu da ölkə çempionatında liderdən 10 xal geri qalır və 5-ci yerdədir.
Şəxsi görüşlərə gəlincə, "Borussiya" ardıcıl 11 oyunda (2019-2023) qalib gələ bilmədiyi "Bavariya"nı bu il, nəhayət, məğlub edib – 2:0.

Dekabrın 1-də İngiltərə Premyer Liqasında keçiriləcək "Liverpul" – "Mançester Siti" qarşılaşmasında bəlkə də gələcək çempion müəyyənləşəcək. Əgər "qırmızılar" bütün yarışlarda 15 oyundur məğlubiyyət acısı dadmırlarsa, son altı oyunda da qalib gəlirlərsə, "şəhərlilər" isə əksinə, altı oyundur qələbəyə həsrətdir. Nəticədə 31 xallı lider "Liverpul" ən yaxın izləyicisi 23 xallı "Mançester Siti"dən artıq səkkiz xal uzaqlaşıb.

Həmçinin rəqiblərin son doqquz qarşılaşmasındakı seriyalar diqqəti çəkir. Əvvəlcə ardıcıl iki heç-heçə (ikisi də 2:2), sonra "Liverpul"un üst-üstə üç qələbəsi (3:2, 3:1, 1:0), bu dəfə "Mançester Siti"nin iki qalibiyyəti (3:2, 4:1) və nəhayət, son iki oyunda yenə heç-heçə (iki dəfə 1:1).

İngiltərə
Premyer Liqa, 13-cü tur
Bu gün
00:00 Brayton - Southempton
30 noyabr
19:00 Brentford - Lester
19:00 Kristal Pelas - Nyukasl
19:00 Nottingem Forest - İpsviç
19:00 Vulverhempton - Bornmut
21:30 Vest Hem - Arsenal
1 dekabr
17:30 Çelsi - Aston Villa
17:30 Mançester Yunayted - Everton
17:30 Tottenhem - Fulhem
20:00 Liverpul - Mançester Siti

İspaniya
La Liqa, 15-ci tur
Bu gün
00:00 Malyorka - Valensiya
30 noyabr
17:00 Barselona - Las Palmas
19:15 Alaves - Leqanes
21:30 Espanyol - Selta
00:00 Valyadolid - Atletiko Madrid
1 dekabr
17:00 Vilyarreal - Jirona
19:15 Real Madrid - Xetafe
21:30 Rayo Valyekano - Atletik
00:00 Real Sosyedad - Betis
2 dekabr
00:00 Sevilya - Osasuna

İtaliya
A seriyası, 14-cü tur
Bu gün
23:45 Kalyari - Verona
30 noyabr
18:00 Komo - Montsa
21:00 Milan - Empoli
23:45 Bolonya – Venetsiya
1 dekabr
15:30 Udineze - Cenoa
18:00 Parma - Latsio
18:00 Torino - Napoli
21:00 Fiorentina - İnter
23:45 Leççe - Yuventus
2 dekabr
23:45 Roma – Atalanta

Almaniya
Bundesliqa, 12-ci tur
Bu gün
23:30 St. Pauli – Holştayn Kil
30 noyabr
18:30 Union Berlin – Bayer
18:30 Auqsburq - Boxum
18:30 Leipsiq - Volfsburq
18:30 Frayburq - Borussiya Mönxenqladbax
18:30 Verder – Ştuttqart
21:30 Borussiya Dortmund - Bavariya
1 dekabr
18:30 Maynts - Hoffenhaym
20:30 Haydenhaym - Ayntraxt Frankfurt

Fransa
Liqa 1, 13-cü tur
Bu gün
23:45 Reyms - Lans
30 noyabr
20:00 Renn - Sent-Etyenn
22:00 Brest - Strasburq
00:00 PSJ - Nant
1 dekabr
18:00 Monpelye - Lill
20:00 Le Havr - Anje
20:00 Lion - Nitsa
20:00 Tuluza - Oser
23:45 Marsel – Monako

Türkiyə
Super Liqa, 14-cü tur
Bu gün
21:00 Antalyaspor - Sivasspor
30 noyabr
14:30 Samsunspor - Bodrum
17:00 Adana Demirspor - Konyaspor
20:00 Alanyaspor - Trabzonspor
20:00 Başakşehir – Göztəpə
1 dekabr
17:00 Rizəspor - Kayserispor
20:00 Qalatasaray - Eyüpspor
2 dekabr
21:00 Fənərbağça - Qaziantep
21:00 Hatayspor – Beşiktaş

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Oxşar xəbərlər