top
Liverpul Qarabağın keçmiş və gələcək rəqiblərini məğlub edib: Oyunun təfərrüatları Idman.biz
01 fevral 2026, 02:29
- ↺ +

"Liverpul" "Qarabağ"ın keçmiş və gələcək rəqiblərini məğlub edib: Oyunun təfərrüatları

İngiltərə Premyer Liqasının 24-cü turunda "Liverpul" və "Nyukasl Yunayted" arasında matç başa çatıb. Mersisaydlılar oyunu 4:1 hesabı ilə qazanıblar. Qarşılaşma Liverpuldakı "Enfild" stadionunda keçirilib.

36-cı dəqiqədə Entoni Qordon hesabı açaraq qonaqlara üstünlük qazandırıb. 41-ci dəqiqədə Uqo Ekitike cavab qolunu vurub. 43-cü dəqiqədə Ekitike oyunda ikinci qolunu vurub. 67-ci dəqiqədə Florian Virts daha bir qola imza atıb. 90+3-cü dəqiqədə İbrahima Konate yekun hesabı müəyyən edib.

Bu oyundan sonra "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla beşinci yerdədir. "Nyukasl Yunayted" 33 xalla 10-cu yerdədir.

"Nyukasl Yunayted" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyunlar 17 və 24 fevral tarixlərində keçiriləcək.

"Liverpul" isə "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olub. Komandalar arasında İngiltərədə keçirilən oyun 6:0 hesabı ilə "Liverpul"in xeyrinə başa çatıb.

00:21

"Çelsi" 2025/26 mövsümünün 24-cü turunda "Vest Hem Yunayted"i 3:2 hesabı ilə məğlub edib. Bu, "göylər"in baş məşqçi Liam Roseniorun rəhbərliyi altında ilk üç liqa oyununda üçüncü qələbəsi olub.

Qonaqlar ilk hissədə iki qol vurdular, qolları Jarrod Bouen və Krisensio Summerville vurdu. Ev sahibləri ikinci hissədə Joao Pedro və Mark Kukurelyanın qolları ilə hesabı bərabərləşdirdilər. Enzo Fernandesin son dəqiqələrdə vurduğu qol "göylər"in qələbəsini təmin etdi.

"Çelsi"nin hazırkı seriyasına "Brentford" (2:0) və "Kristal Palas" (3:1) ilə oyunlar da daxildir. Növbəti turda "göylər" fevralın 7-də səfərdə "Vulverhempton"la qarşılaşacaqlar.

Bu oyundan sonra "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 40 xalla dördüncü yerdə, "Vest Hem" isə 20 xalla 18-ci yerdədir.

21:12

İngiltərə Premyer Liqasının 24-cü turunun "Lids Yunayted" və "Arsenal" komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, London komandası oyunu 4:0 hesabı ilə qazanıb. Oyun Lidsdəki "Elland Roud" stadionunda baş tutub.

Martin Subimendi 27-ci dəqiqədə hesabı açaraq qonaqları irəli çıxarıb. Karl Darlou 38-ci dəqiqədə öz qapısına qol vuraraq komandanın üstünlüyünü ikiqat artırıb. Viktor Gyökereş 69-cu dəqiqədə londonluların üçüncü qolunu vurub. Qabriel Jezus isə 86-cı dəqiqədə son nəticəni müəyyən edib.

Bu oyundan sonra "Lids Yunayted" 26 xalla Premyer Liqa turnir cədvəlində 16-cı yerdədir, "Arsenal" isə 53 xalla İngiltərə çempionatına liderlik edir.

İngiltərə Premyer Liqasında bu gün baş tutan digər oyunlarda "Brayton"la "Everton" heç-heçə oynayıb – 1:1, "Bornmut" isə səfərdə "Vulverhemton"a qalib gəlib – 2:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Oxşar xəbərlər