"Liverpul" rəhbərliyi "Bornmut"un müdafiəçisi Miloş Kerkezlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrotsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, futbolçu "Liverpul"un futbolçusu olmaq arzusundadır. Transferin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, 21 yaşlı macar müdafiəçi 2024/25 mövsümündə "Bornmut"un heyətində bütün yarışlarda 41 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərədə tutulub.