İngiltərənin "Liverpul" klubu futbolçusu İbrahima Konateyə yeni müqavilə təklif edib.
"Report" xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Hazırda tərəflər arasında danışıqlar aparılır. Müdafiəçini heyətinə qatmaq istəyən İspaniya təmsilçisi "Real" prosesi izləyir.
Qeyd edək ki, İ.Konate 2025/2026 mövsümündə 9 matçda iştirak edib. Onun hazırkı sözləşməsi 2026-cı ilin yayınadək qüvvədədir.
Konate Müqavilə təklif "Liverpul" klubu