"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Bolonya"da çıxış edən Con Lukumidir.
Bu barədə "TBR Football" məlumat yayıb.
"Liverpul" kolumbiyalı mərkəz müdafiəçisi üçün yayda İtaliya klubuna təklif göndərəcək. "Çelsi" və "Tottenhem" də 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, "Bolonya" Con Lukumini 2022-ci ilin avqust ayında "Genk"dən transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.