"Liverpul" yay transfer dönəmində "Anderlext"in yarımmüdafiəçisi Nilson Anqulonu ala bilər. Sport24.az xəbər verir ki, bu barədə "Footy Condor" məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, "Liverpul"un skautları bu yaxınlarda 22 yaşını qeyd edən ekvadorlu yaxından izləyiblər. İlkin məlumatlara əsasən, Anqulo "Liverpul"un oyun sistemimə uyğun gələn ideal keyfiyyətlərə malikdir.
Gənc futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə "Anderlext"in heyətində 44 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun Belçika klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.