"Liverpul" klubu Liqa kubokunda "Sauthempton"a qalibiyyət qolunu vurduqdan sonra formasını çıxardığı üçün hücumçu Uqo Ekitikeni iki həftəlik maaş cəriməsi ilə cəzalandıracaq.
İdman.biz "Daily Mail"ə istinadən bildirir ki, nəticədə Ekitike köynəyini çıxardığı üçün ikinci xəbərdarlıq alıb və qol vurduqdan bir dəqiqə sonra meydandan qovulub.
Qovulması səbəbindən Ekitike komandasının İngiltərə Premyer Liqasında "Kristal Pelas"a qarşı keçirəcəyi matçı buraxacaq.
Fransız hücumçu "Liverpul"a ötən yay Frankfurt "Ayntraxt"ından keçib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.