"Liverpul" Covanni Loeninin transferini tamamlayıb.
İdman.biz xəbər verir ki, bu keçid üçün "Parma"ya 35 milyon avro ödənib.
Mersisaydlılar 18 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayına kimi müqavilə bağlayıblar. Leoni "qırmızlar"ın heyətində 15 nömrəli formanı geyinəcək. İstedadlı futbolçu ilə "İnter", "Milan", "Mançester Yunayted" və "Nyukasl" kimi komandalar da maraqlanırdı.
Qeyd edək ki, Covanni ötən mövsümdə A Seriyasında 17 oyunda bir dəfə fərqlənib.
İdman.biz