Öz meydanında "Aston Villa"nı 2:0 hesabı ilə məğlub edən "Liverpul" İngiltərə Premyer Liqasında 4 oyunluq məğlubiyyət seriyasına son qoyub.
"Report"un məlumatına görə, "qırmızılar" bundan əvvəl "Kristal Pelas" (1:2), "Çelsi" (1:2), "Mançester Yunayted" (1:2) və "Brentford"a (2:3) uduzub.
Bu oyundan sonra Arne Slotun yetirmələri Premyer Liqa cədvəlində 18 xalla 3-cü, Unai Emerinin rəhbərlik etdiyi Aston Villa isə 15 xalla 11-ci pillədə qərarlaşıb.