İngiltərənin "Liverpul" klubu "Bornmut"da çıxış edən futbolçu Antuan Semenyo ilə maraqlanır.
"Report" "Goal.com"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer dönəmində 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, qanalı forvard 2023-cü ildən Premyer Liqa komandasında çıxış edir. O, cari mövsüm çempionatda meydana çıxdığı 8 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.