"Liverpul" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İngiltərə çempionunun əsas hədəfi "Nyukasl"da çıxış edən Aleksandr İsakdır.
Bu barədə "Give Me Sport" məlumat yayıb.
"Liverpul" isveçli forvard üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır. "Qırmızılar" 25 yaşlı futbolçu üçün qarşı tərəfə 100 milyon avro və bonuslar təklif edəcək.
Qeyd edək ki, "Nyukasl" Aleksandr İsakı 20220-ci ilin yayında "Real Sosyedad"dan traansfer edib. İsveç millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.