top
Liqa 1: Strasbur Lionu məğlub etdi, Lill səfərdə qələbə qazandı, Renn Oseri darmadağın etdi - YENİLƏNİB Idman.biz
23 fevral 2026, 02:07
- ↺ +

Liqa 1: "Strasbur" "Lion"u məğlub etdi, "Lill" səfərdə qələbə qazandı, "Renn" "Oser"i darmadağın etdi - YENİLƏNİB

Fransa Liqa 1-in 23-cü turu çərçivəsində keçirilən matçda "Strasbur" doğma meydanda "Lion"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 37-ci dəqiqədə "Strasbur"un hücumçusu Martial Qodo açıb. İkinci hissənin əvvəlində, 52-ci dəqiqədə Diequ Moreyra meydan sahiblərinin üstünlüyünü artırıb. "Lion" 59-cu dəqiqədə Korentin Tolissonun qolu ilə fərqi azaltsa da, matçın sonunda – 83-cü dəqiqədə Xoakin Paniçelli penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu məğlubiyyətə baxmayaraq, "Lion" 23 oyundan sonra 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qalır. "Strasbur" isə xallarının sayını 34-ə çatdıraraq 7-ci sıraya yüksəlib.

Növbəti turda "Strasburq" fevralın 27-də "Lans"ı qəbul edəcək. "Liyon" isə martın 1-də səfərdə "Marsel"lə prinsipial derbiyə çıxacaq.

22:43

Fransa Liqa 1-in 23-cü turu çərçivəsində keçirilən matçda "Lill" səfərdə "Anje"nin qonağı olub. Görüş qonaqların 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın taleyini ilk hissədə vurulan yeganə qol həll edib. Olivye Jiru penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına vacib üç xal qazandırıb.

Bu qələbə ilə "Lill" Liqa 1-dəki altı oyunluq (dörd məğlubiyyət, iki heç-heçə) qələbəsizlik seriyasına son qoyub. Hazırda 37 xalı olan komanda turnir cədvəlində beşinci pillədə qərarlaşıblar. 29 xala malik "Anje" isə 12-ci sırada yer alıb.

Günün digər qarşılaşmalarında "Nant" doğma meydanda "Havr"ı məyus edib (2:0), "Nitsa" isə "Loryan"la məhsuldar heç-heçəyə razılaşıb (3:3).

Qələbədən sonra "Nant" xallarını 17-yə çatdırıb və 17-ci yerdədir. "Havr" 26 xalla 13-cü pillədədir. "Nitsa" 24 xalla 14-cü, "Loryan" isə 32 xalla səkkizincidir.

21:28

Fransa Liqa 1-in 23-cü turu çərçivəsində keçirilən "Oser" - "Renn" matçı qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb. Səfərdə inamlı oyun nümayiş etdirən "Renn" rəqibini 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, matçın taleyi elə ilk hissədəcə həll olunub. Qonaqların heyətində Mahdi Kamara dubl edərək komandasının üstünlüyünü təmin edib. Digər qolun müəllifi isə Esteban Lepol olub.

Qarşılaşmanın 17-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Lassine Sinayokonun vurduğu qol ofsayd səbəbindən hesaba alınmayıb.

Bu qələbə sayəsində xallarını 37-yə çatdıran "Renn" turnir cədvəlində beşinci pilləyə yüksəlib. 17 xalı olan "Oser" isə 16-cı sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Oxşar xəbərlər