top
Liqa 1: PSJ Strasburu məğlub etdi, Nitsa - Brest heç-heçə etdi, Lion qalib gəldi Idman.biz
02 fevral 2026, 01:58
- ↺ +

Liqa 1: PSJ "Strasbur"u məğlub etdi, "Nitsa" - "Brest" heç-heçə etdi, "Lion" qalib gəldi

Fransa Liqa 1-də 20-ci turun oyunu çərçivəsində "Strasbur" və PSJ komandaları üz-üzə gəlib. Qarşılaşma Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda hesab 23-cü dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Sennı Mayulunun qolu ilə açılıb. Cəmi dörd dəqiqə sonra meydan sahiblərinin müdafiəçisi Gela Due hesabı bərabərləşdirib. Matçın həlledici qolu isə 81-ci dəqiqədə Nunu Mendeş tərəfindən vurulub.

Qarşılaşmanın 74-cü dəqiqəsində PSJ azlıqda qalıb. Müdafiəçi Əşrəf Hakimi birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, qonaqlar hesab üstünlüyünü qoruya biliblər.

Paris klubunun qapıçısı Matvey Safonov 21-ci dəqiqədə Xoakin Paniçellinin yerinə yetirdiyi penaltini dəf edərək komandasını qoldan xilas edib.

Bu nəticədən sonra PSJ 20 oyundan sonra 48 xalla Fransa çempionatının turnir cədvəlinə başçılıq edir. "Strasbur" isə 30 xalla yeddinci pillədə qərarlaşıb.

Növbəti turda PSJ fevralın 8-də doğma meydanda "Marsel"i qəbul edəcək. "Strasbur" isə həmin gün səfərdə "Havr"la qarşılaşacaq.

01:15

Fransa Liqa 1-də 20-ci turun oyununda "Tuluza" doğma meydanda "Oser"lə qolsuz heç-heçə edib.

İdman.Biz xəbər verir ki, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Oser"ə qarşı qalibiyyət qazanmaqla Avropa kubokları zonasına yaxınlaşmaq istəyən "Tuluza" məqsədinə çata bilməyib.

Son beş turda dörd qələbə qazanan və 11 qol vuran "bənövşəyilər" bu görüşdə üstünlüyü ələ alsalar da, yaratdıqları imkanları qola çevirə bilməyiblər.

Bu nəticə ilə "Tuluza" turnir cədvəlində 30 xalla 8-ci yerdə qalıb. Autsayderlər qrupunda yer alan "Oser" isə 13 xalla 17-cidir.

22:38

Fransa Liqa 1-in 20-ci turunda "Nitsa" doğma meydanda "Brest"lə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmanın ilk hissəsi qonaqlar üçün uğurlu alınıb. 15-ci dəqiqədə təyin olunan penaltini Romen Del Kastilyo dəqiq yerinə yetirib. Ardınca Kamori Dumbiya hesabı 2:0-a çatdırıb.

İkinci hissədə isə meydan sahibləri geri dönüşə imza atıblar. Əli Abdi 63-cü dəqiqədə baş zərbəsi ilə fərqi azaldıb. 71-ci dəqiqədə isə Elye Vahi təkbətək epizodu dəqiq tamamlayaraq hesabı bərabərləşdirib.

Bu nəticə ilə "Nitsa" 22 xalla 13-cü pilləyə yüksəlib. "Brest" isə 23 xalla 12-cidir.

20:03

Fransa Liqa 1-in 20-ci turunda "Lion" doğma meydanda "Lill"lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, matçda yeganə qol 37-ci dəqiqədə "Lion"un yarımmüdafiəçisi Noa Narti tərəfindən vurulub.

Bu nəticədən sonra "Lion" 20 turdan sonra 39 xal toplayaraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. "Lill" isə 32 xalla beşinci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Oxşar xəbərlər