top
Liqa 1: Obameyanqın dublu Marselə Lion üzərində möhtəşəm qələbə qazandırdı Idman.biz
02 mart 2026, 02:05
- ↺ +

Liqa 1: Obameyanqın dublu "Marsel"ə "Lion" üzərində möhtəşəm qələbə qazandırdı

Fransa Liqa 1-in 24-cü turunun mərkəzi qarşılaşmasında "Marsel" öz meydanında "Lion"u qəbul edib. Gərgin keçən "Olimpik" derbisi meydan sahiblərinin 3:2 hesablı dramatik qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun debütü qonaqlar üçün uğurlu alınıb. Artıq üçüncü dəqiqədə Korenten Tolisso əks-hücumu dəqiq tamamlayaraq "Lion"u önə keçirib. "Marsel"in cavab qolu ikinci hissənin əvvəlində gəlib; İqor Payşao uzaq məsafədən vurduğu mükəmməl zərbə ilə tarazlığı bərpa edib - 1:1.

Matçın son 15 dəqiqəsi əsl qol şousuna çevrilib. 76-cı dəqiqədə Remi Himbert qonaqları yenidən irəli çıxarsa da (1:2), meydan sahibləri təslim olmayıblar. 81-ci dəqiqədə Pyer-Emerik Obameyanq künc zərbəsindən sonra hesabı bərabərləşdirib. Qarşılaşmaya əlavə olunmuş vaxtda isə İtan Nvanerinin ötürməsini qola çevirən Obameyanq dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra "Lion" üçüncü pillədə qalsa da, "Marsel" onlarla xal fərqini ikiyə endirib.

22:42

Fransa Liqa 1-in 24-cü turu çərçivəsində növbəti qarşılaşmalar baş tutub. Turun oyunları azlıqda qalan komandanın qələbəsi və son dəqiqə qolları ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, "Brest" səfərdə "Mets"lə qarşılaşmada böyük iradə nümayiş etdirib. Oyunun ilk yarısından etibarən azlıqda qalan qonaqlar buna baxmayaraq, 69-cu dəqiqədə vurduqları qolla minimal hesablı (1:0) qələbə qazanıblar.

Qələbədən sonra "Brest" xallarını 33-ə çatdıraraq doqquzuncu pilləyə yüksəlib. "Mets" isə 13 xalla sonuncudur

"Lill" isə doğma meydanda "Nant"ı qəbul edib. Matç boyunca topa nəzarəti əlində saxlayan meydan sahibləri rəqib qapısına yol tapmaqda çətinlik çəkiblər. Yalnız qarşılaşmaya əlavə olunmuş vaxtda vurulan yeganə qol "Lill"ə çətin qələbəni (1:0) gətirib.

"Lill" bu oyundan sonra xallarını 40-a çatdıraraq beşinci pilləyə yüsəlib. "Nant" 17 xalla autsayderlər sırasındadır.

Günün ən məhsuldar bərabərliyi isə "Loryan" və "Oser" matçında qeydə alınıb. Meydan sahiblərinin heyətində Bamba Dianq dubl edərək komandasını məğlubiyyətdən xilas edib - 2:2.

"Loryan" qazandığı bir xallarını 33-ə çatdırıb və 10-cu pillədəki yerini qoruyub. "Oser" 18 xalla 16-cıdır.

20:36

Fransa Liqa 1-in 24-cü turu çərçivəsində keçirilən "Paris" - "Nitsa" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyini həll edən yeganə qol 27-ci dəqiqədə vurulub. "Paris"in yarımmüdafiəçisi Marşall Munetsi rəqib qapısına yol taparaq komandasına vacib üç xal qazandırıb.

Bu qələbədən sonra "Paris" xallarını 26-ya çatdıraraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. "Nitsa" isə 24 xalla 15-ci sırada yer alıb.

Növbəti turda, martın 8-də "Nitsa" öz meydanında "Renn"i qəbul edəcək. "Paris" isə həmin gün səfərdə "Lion"un qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər