Fransanın Liqa-1-də keçirilən turun əsas qarşılaşmasında "Lill" və "Lion" "top-3"də yer uğrunda mübarizə aparıb.
İdman.biz xəbər verir ki, hesab qonaqların minimal üstünlüyü ilə başa çatıb.
Oyunun gərginliyi iki məqamla yadda qalıb: ilk olaraq "Lill"in baş məşqçisi Bruno Jenezyonun qırmızı vərəqə ilə meydançadan qovulması, ikinci isə – 44 qayda pozuntusu.
Bu göstərici "Pyer Moroa" stadionundakı görüşü 2020-ci ilin fevralından bəri Liqa 1-in ən kobud oyunu edib. Həmin vaxt belə statistika "Nim" – "Dijon" matçında qeydə alınmışdı.
Lakin fərq ondadır ki, o zaman söhbət demək olar ki, autsayderlərdən gedirdisə, indi bu, Fransa çempionatının ən çox oynayan, azarkeşlərin sevimlisi olan komandaları arasında qeydə alınıb.
Görüşün taleyini Nikolya Talyafikonun ötürməsi və Mortunun qapıçıya əks istiqamətə vurduğu baş zərbəsi həll edib. Ən böyük paylardan biri də əla oyun sərgiləyən "Lion"un qapıçısı Qreyfə məxsus idi.
Bu qələbədən sonra Paulo Fonsekanın komandası yalnız əlavə göstəricilərə görə birinci pilləni "PSJ"yə verib.