top
“Lion”un dünəni və bu günü İdman.biz
28 noyabr 2024, 13:05
- ↺ +

“Lion”un dünəni və bu günü

"Qarabağ"ın bu gün qarşılaşacağı Avropa Liqası Liqa mərhələsindəki 5-ci rəqibi 74 yaşı Fransa təmsilçisi "Lion"dur.

İdman.biz rəqibimizin dünəninə və bu gününə qısa nəzər salıb.

Klub 1954-cü il avqustun 3-də yaradılıb. Hələ 60-cı illərdə Fransa kubokunda qələbələri, finalları olan klub Liqa1-in 1989-cu ildən daimi iştirakçısıdır. Komandanın çempionat uğurları 21-ci əsrdə gəlməyə başlayıb. Əsrimizin ən titullu fransız klubu elə yüzilliyin başlanğıcından – 2001-2002-ci illər mövsümündən etibarən 7 il dalbadal ölkə çempionu olub və bununla da həmin titula sahiblənməyə son qoyub.

Yeddiqat Fransa çempionu, beşqat vitse-çempion, Fransa Liqası kubokunu qazanıb, ölkə kubokunun beşqat, superkubokunun səkkizqat sahibi beynəlxalq arenada iki dəfə Çempionlar Liqasının (2010, 2020), 1 dəfə Avropa Liqasının (2017), 1 dəfə Kuboklar Kubokunun (1964) yarımfinalçısı, 1997-ci ildə isə İntertoto kubokunun qalibi olub.

Komandanın son nəzərəçarpacaq nəticəsi bu il ölkə kubokunun finalında oynamasıdır.

Liqa1-də sonuncu dəfə mükafatçılar pilləsində 2018/2019 mövsümündə üçüncülük qazanan klub ötən mövsüm çempionatı 6-cı pillədə başa vurub. Elə indi də 12 turdan sonra 19 xalla 6-cı pillədədir.

Ötən mövsümdə komandanın bombardiri 19 qolla Aleksandr Lakazett olduğu halda, həmin dövrdə cəmi 3 qol vurmuş Malik Fofana cari mövsümün 12 oyununda elə həmin sayda – 3 qolla "Lion"un ən məhsuldar oyunçusudur. Lakazett isə iştirak etdiyi 12 oyunda cəmi 1 qol vurub.

Qitədə 5 mövsümdür Çempionlar Liqasının yolunu unudan "Lion" son 2 mövsümdə ümumiyyətlə avrokuboklardan kənar qalıb.

Cari Avropa Liqasında birbaşa Liqa mərhələsinə Yunanıstan "Olimpiakos"u (2:0), Şotlandiya "Reyncers"i (4:1) üzərində qələbə ilə başlayıb. Ardından Türkiyə "Beşiktaş"ına evdə 0:1 hesabı ilə uduzan Fransa klubu son turda "Hoffenhaym"la xalı bölüb (2:2). Hazırda 7 xalla Avropa Liqası Liqa mərhələsində turnir cədvəlinin 9-cu pillədə qərarlaşan "Lion"un 8 qolundan 3-nü Lakazett, 2-sini Fofana vurub.

Göründüyü kimi əsrin əvvəlindəki gücünü artıq saxlamayan, lakin yenə də qitənin sayılan komandalarından hesab edilən "Lion" bu gün Bakıda saat 21:45-də "Qarabağ"la matça çıxacaq.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Futbol
Bu gün, 16:00

Leroy Sanenin karyerasını MLS-də davam etdirmək ehtimalı yüksəkdir

Futbol
Bu gün, 15:59

İtaliya media Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına çağırılmasına reaksiyalar göstərdi

Futbol
Bu gün, 15:56

Şəfa və Araz Naxçıvanın matçı 15 dəqiqə gec başlayacaq

Oxşar xəbərlər