Lionel Messinin formasını geyindiyi "İnter Mayami" KONKAKAF Çempionlar Liqası ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, Xavyer Maskeranonun yetirmələri "Vankuver Uaytkeps"lə yarımfinalın cavab oyununda da uduzub.
1:3 hesablı məğlubiyyət Mayami təmsilçisinin ardıcıl üçüncü yenilgisi olub. İlk görüşdə 0:2 hesabına üzülən floridalılar MLS-in "Dallas"la görüşündə də məyus olublar - 3:4. "İnter Mayami" Messinin keçidindən sonra ilk dəfə ardıcıl 3 məğlubiyyət alıb.
Qeyd edək ki, Lionel 2023-cü ildən ABŞ klubunda çıxış edir.
İdman.biz
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.