Argentinalı hücumçu Lionel Messi ABŞ-nin "İnter Mayami" komandası ilə müqaviləsinin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmənin detalları barədə açıqlama verilməyib. Futbolçunun əvvəlki müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. O, karyerası ərzində "Barselona" və PSJ-də çıxış edib. Ulduz oyunçu səkkiz qat "Qızıl top" mükafatının sahibidir. Messi Argentina millisi ilə 2022-ci il dünya çempionatının qalibi olub.