top
Limitin ləğvi nə vəd edir? Sport24.az
24 dekabr 2024, 13:00
- ↺ +

Limitin ləğvi nə vəd edir?

CEYHUN ƏLİYEV

Növbəti mövsüm legioner limitinin ləğv ediləcəyinə dair mövzu kifayət qədər ciddi və aktualdı. Ölkə futbolu mizanında nəzərəçarpacaq dəyişikliklər baş tutacaqğı indidən aydındı. Bu qərarın fayda verib-verməyəcəyinə dair yetərincə mülahizə irəli sürmək mümkündü. Əlbəttə ki, hər iki cəbhənin nümayəndələrinin gətirəcəkləri dəlillər tutarlı olacaq. Ancaq bütün hallarda belə radikal addımın fəsad və ya xeyrini yalnız 3-5 ildən sonra görə biləcəyik. Bu yazını futuroloji üslubda, yəni gələcəyə proqnoz vermək üzərində quracağıq.

 

Beləliklə, 2024-ün may ayı.

1. Müqaviləsi bitməyən azərbaycanlı uşaqların müəyyən hissəsinə "qarşılıqlı razılıq əsasında" anlaşmaya xitam vermək təklifi gəlir. Klub yerli pasporta sahib futbolçuya 2 aylıq kompensasiya təklif edir. Əks təqdirdə, növbəti mövsümü ehtiyatda keçirəcəyinə dair xəbərdarlıq edir.

1.a. Futbolçu dərhal digər Premyer Liqa klublarına "tilov atır". Qarmağa əlbəttə ki, "balinalar" düşmür, ən ysxşı halda "göl foreli" ("Zirə", "Araz-Naxçıvan", "Turan"), ikinci variantda "karp" ("Sumqayıt", "Səbail"), son versiyada "kilkə" ("Şamaxı", "Kəpəz") nəzərdən keçirilə bilər.

1.b. Müqaviləsi yağ-bal tərkibli olan və ya özünə iş yeri tapa bilməyən futbolçu "istəyirsən lap ev dustaqlığı ver" deyərək, "iki ayağını bir başmağa dirəyir" və limitə görə istifadə etdiyi xüsusi imtiyazdan daha 1 mövsüm faydalanır.

1.c. Bütün vasitələri işə salan futbolçu ölkə xaricinə üz tutur.

1.d. Hətta aşağı liqalarda özünə yer edə bilməyənlər futboldan gedəcək.


İkinci bəndə keçməzdən öncə birinciyə aydınlıq gətirək. Əgər hansısa yerli statusa sahib futbolçu imkanlı komandada ayı 15 min manata oynayırdısa, indi 3-5 manata ortabablara pənah aparmaq məcburiyyətində qalacaq. Çünki ortababın büdcəsi bundan artığına imkan verməyəcək və şərti olaraq "karp" 7-8 min avro iştahı olan yerlinin əvəzinə daha effektiv legioner gətirəcək.

2. Bəs yerlilər hara gedəcək?

2.a. Formalaşan komandalarda yerlilər də olacaq. Lakin indi onlar məşqdən sonra qəlyan çəkməyə yox, əlavə yüklənməyə üstünlük verəcəklər ki, rəqabətə tab gətirsinlər. Əks halda, müqavilə bitən kimi, qapının çıxışını görəcəklər.

2.b. Elitar klublardan təmizlənən futbolçular orta və aşağı büdcəli komandalarda dəridən-qabəqdan çıxacaqlar ki, xarici klubların və ya yenidən top-komandalarımızın diqqət mərkəzinə düşsünlər.

2.c. Ölkə xaricində çıxış edən futbolçularımızın psixologiyası dəyişəcək. Əgər əvvəllər onlar əmin idisə ki, Azərbaycana qayıdıb rahat qara kürə ilə yağ yeyə biləcəklər, indi limitin olmaması səbəbinfən burda onlara ehtiyacın duyulmadığının fərqinə varacaqlar. Deməli, fikirləri məşqdə olacaq, Kloze ilə söz güləşdirməkdə yox.

Aşağı yaş qruplarında üstünlük kəmiyyətə yox, keyfiyyətə veriləcək ki, Premyer Liqaya bab futolçu yetişdirilsin. Çünki əvvəlkitək limitə görə heç kim ayağı top tutmayanı əsas komandaya cəlb etməyəcək.

3. Alverin gəlhagəlidi? Əlbəttə, startda bu, qaçılmaz olacaq, amma…

3.a. İşbazların bazarı genişlənəcək. Müstəqilliyin ilk illərində benzindoldurma məntəqəsinin əcnəbi əməkdaşını futbolçu kimi gətirilən dövrləri yenidən yaşaya bilərik.

3.b. Milliyə nsmizədlərin sayı ilk illərdə azala bilər. Yalnız ilk illərdə! Daha sonra bu say sürətlə artacaq. Nəyə əsasən? Az sonra bəhs edəcəyik.

3.c. Akademiyalarda məcbiri islahatlar aparılacaq ki, nəticədə aşağı yaş qrupları üzrə yığmalarda oyunçu keyfiyyəti yüksələcək.

Legioner limiti ləğv edildikdə hansısa klub rəhbərləri dərhal cibdoldurdu planına start verəcəksə, bu, özünü nəticələrdə göstərəcək. Bax, belədə, sponsorlar həmin yoldaşları yola salmalıdı və inanırıq ki, belə də olacaq. Bundan sonra rəqabət artacaq və əlbəttə ki, yeni gənc balalarımızın parlaması prosesinə şahidlik edəcəyik.

Limitin ləğv edilməsi milli pasportun süni şəkildə verilməsinin də qarşısını alacaq. Aydın məsələdir ki, limit olmadıqda, heç bir klub kimisə süni formada azərbaycanlı etməyə zərurət duymayacaq.

Və sonda ən vacib məqamlara da toxunaq. Legioner limitinin ləğvi ilə yanaşı, dövlətin ayırdığı 3 milyon da ciddi islahata məruz qalmalıdı. Fikrimizcə, bu vəsait məhz yerli futbolçuların inkişafına yönləndirilməlidi. Məsələn, mövsüm ərzində 20 yaşasək futbolçu komandasının rəsmi oyunlarının ümumi dəqiqəsinin (çempionat və kubokda komanda 40 oyun keçiribsə, ümumi dəqiqə sayı 3600 edir) 30 faizini (bu hesablamada 1080 dəqiqə) meydanda olubsa, kluba 500 min manat ayrılır. Eyni zamanda, 21-28 yaş aralığında yerli futbolçu ümumi dəqiqənin 50 faizində meydanda olubsa, eyni məbləğ kluba ayrılsın. Yəni kor-təbii yox, real məhsula görə!

Yazdıqlarımız proqnozdu, reallıqda nələri görəcəyimizi isə heç Rövşən Nəcəf də bilmir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Oxşar xəbərlər