"Lids" sloveniyalı müdafiəçi Yaki Biyolın transferi ilə bağlı "Udineze" ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
Mənbənin sözlərinəa görə, futbolçu ilə müqavilənin şərtləri razılaşdırılıb. İngiltərə təmsilçisi transferə görə İtaliya klubuna 22 milyon avro və bonus ödəyəcək.
Qeyd edək ki, 26 yaşlı Biyol ötən mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.