Libertadores Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, ötən gün Boliviyanın "Bolivar" kollektivi Braziliya səfərində "Flamenqo" ilə qarşılaşıb. Daha bir Braziliya təmsilçisi "San Paulo" isə Uruqvayda "Nasional"la münasibətlərə aydınlıq gətirib.
"Flamenqo" doğma meydanda "Bolivar"ı 2 cavabsız topla üstələyib. "San Paulo" isə Uruqvayda "Nasional"la qolsuz heç-heçəyə imza atıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçları avqustun 23-də keçiriləcək.