"Çelsi"nin hücumçusu Liam Delap məşqləri bərpa edib və tezliklə meydana qayıdacaq.
"Report" xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Entso Mareska bildirib.
Onın sözlərinə görə, 22 yaşlı futbolçunun oktyabrın 29-da "Vulverhempton"a qarşı Liqa Kubokunun görüşündə oynamaq şansı var.
L.Delap avqustun 30-da "Fulhem"ə qarşı Premyer Liqa matçının ilk hissəsində zədələnmişdi.
Qeyd edək ki, gənc forvard ötən yay "İpsviç"dən 31 milyon funt sterlinqə "Çelsi"yə keçib.