Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Lex" cinah müdafiəçisi ilə ciddi maraqlanır.
Hətta klubun oyunçu üçün Azərbaycan çempionuna təklif göndərəcəyi də gözlənilir. "Qarabağ" isə bu keçid alınacağı təqdirdə ən azı 1 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Toral Bayramov 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinir.