UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"la qarşılaşacaq "Levski" (Bolqarıstan) qələbəyə köklənib.
"Report" xəbər verir ki, bu barədə komandanın qapıçısı Svetoslav Vutsov oyundan öncə mətbuat konfransında bildirib:
Qolkiper Sofiya klubunun azarkeşlərini də tərifləyib:
"Ümid edirəm ki, güclü matçlarla davam edəcəyəm. Hələ də komandanın lideri olduğumu deyə bilmərəm. Ümid edirəm ki, növbəti matçlarda da yaxşı oynamağa davam edəcəyik. Bu dövrdə ən böyük köməkçim əvvəlcə mənə etibar edən məşqçilər oldu. Sonra məni dəstəkləyən və mənə kömək edən komanda yoldaşlarım, çünki futbol kollektiv idmandır. Ən əsası isə ailəm və sevgilim yanımdadır. Onların dəstəyi çox vacibdir. "Slaviya"nı kiçiltmədən, "Levski"də hiss tamamilə fərqlidir. Hər yerdə özünü ev sahibi kimi hiss edirsən. Gözləyirəm ki, sabah onlar bizim gizli kozumuz olacaqlar və ümid edirəm ki, matçda qələbə ilə onları sevindirə biləcəyik".