İspaniyanın "Barselona" klubunun iki futbolçusu La Liqanın XI turunda "Elçe" ilə matçda iştirak edə bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bunlar zədələri sağalan hücumçu Robert Levandovski və qapıçı Joan Qarsiyadır.
Polşalı forvard artıq komanda üzvləri ilə məşqlərə qoşulub. Qolkiperin durumu isə bugünkü hazırlıq prosesində qiymətləndiriləcək.
Qeyd edək ki, "Barselona" "Elçe" ilə noyabrın 2-də üz-üzə gələcək.