Hazırda karyerasını "Barselona"da davam etdirən Robert Levandovski gələcəkdə ABŞ-də çıxış edə bilər. Sport24.az xəbər verir ki, 37 yaşlı hücumçu ilə MLS təmsilçisi "İnter Mayami" yaxından maraqlanır.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, MLS təmsilçisi mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatacaq polşalı forvardı heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ildə "Bavariya"dan "Barselona"ya 45 milyon avroya transfer olunmuşdu.