top
Leroy Mikels: Azərbaycan futbolu inkişaf edib, qardaşlarıma qarşı oynamaq xüsusi hissdir Idman.biz
12 dekabr 2025, 12:44
- ↺ +

Leroy Mikels: Azərbaycan futbolu inkişaf edib, qardaşlarıma qarşı oynamaq xüsusi hissdir

"Azərbaycan futbolu ötən illə müqayisədə inkişaf edib. Legioner limitinin ləğvi bunun əsas səbəblərindən biridir".

Bunu "Zirə"nin futbolçusu Leroy Mikels AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanda ikinci mövsümü keçirirsiniz. Ölkə futbolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan futbolu ötən illə müqayisədə inkişaf edib. Legioner limitinin ləğvi bunun əsas səbəblərindən biridir. Limitin aradan qaldırılması meydanda keyfiyyətin artmasına gətirib çıxarıb. Bunu turnir cədvəlindən də görmək olur. Komandalar bir-birinə yaxın pillələrdə qərarlaşıblar və artıq liqada asan oyun qalmayıb.

- "Zirə"nin bu mövsüm Misli Premyer Liqa və Bizon Azərbaycan Kubokundakı hədəfləri nələrdir?

- Hədəflərimiz yüksəkdir. Yaxşı formamızı mümkün qədər uzun müddət qorumaq və mövsümün sonunda həm liqada, həm də kubokda zirvə uğrunda mübarizədə qalmaq istəyirik.

- Qardaşlarınız – Coy-Lens və Coy-Slayd da Azərbaycan çempionatında çıxış edir. Onlara qarşı oynamaq necə hissdir? Ümumiyyətlə, oyunlardan sonra görüşürsünüzmü?

- Qardaşlarıma qarşı oynamaq çox xüsusi hissdir. Bu imkana görə özümüzü şanslı hiss edirik. Belə oyunlar bir az daha şəxsi xarakter daşıdığı üçün qələbə qazanmaq istəyi daha çox olur. "Sabah"da çıxış edən Coy-Lenslə daha tez-tez görüşürəm, çünki hər ikimiz Bakıda yaşayırıq. "Karvan-Yevlax"ın formasını geyinən Coy Slaydla isə bu imkandan yararlanmaq çətindir. Çünki burada yaşamır. Onu adətən həftəsonları görürəm.

- Maraqlıdır, qardaşlar arasında ən istedadlısı hansıdır?

- Bu suala konkret cavab verə bilmərəm. Oyun üslublarımız müəyyən qədər oxşasa da, əslində fərqli xüsusiyyətlərimiz var. Bu, bir növ zövq məsələsidir.

- Növbəti turda sabiq komandanız "Şamaxı"ya qarşı oynayacaqsınız. Bu görüşün sizin üçün prinsipiallığı var?

- Köhnə dostlarımı görəcəyim üçün sevinirəm. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

"Kristal Pelas" Pyer Saji istefadan sonra Şon Dayçın baş məşqçi namizədliyini dəyərləndirir

Futbol
Bu gün, 08:00

Brayton və RB Leypsiq 19 yaşlı Adin Liçinanı əldə etmək üçün mübarizə aparır

Formula 1
Bu gün, 07:33

Williams sürücüsü Albon: Bolidin əsas problemlərini hələ həll edə bilmədik

Futbol
Bu gün, 06:42

“Napoli”də mövsümün əvvəlində 12 zədə, 7‑si əzələ problemi

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Oxşar xəbərlər