top
Lənkəranda Məktəbli Qızlar turnirinin oyunları keçirilib Idman.biz
08 dekabr 2025, 17:03
- ↺ +

Lənkəranda "Məktəbli Qızlar" turnirinin oyunları keçirilib

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə Lənkəranda start verilib.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E qrupu üzrə ilk oyunlar mərkəz seçilmiş Şilavar kənd tam orta məktəbində keçirilib və 4 komanda mübarizə aparıb.

Əvvəlcə Şiləvar kənd tam orta məktəbi və Xarici Dillər Təmaüllü İnternat tipli (XDT) gimnaziya arasında oyun baş tutub, ardından 8 və 7 saylı məktəblərin komandaları qarşılaşıb.

F qrupunun ilk matçları isə 4 komandanın iştirakı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil olunub. Əvvəlcə Sütəmurdov və 4 saylı məktəblərin, ardından isə 10 və 3 saylı məktəblərin komandaları qarşılaşıblar.

Turnirin açılış mərasimində AFFA-nın Qadın Futbolu departamentinin mütəxəssisləri, Lənkəran şəhəri üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi, məktəbdənkənar və tərbiyə işlərinin kuratoru Cəmil Axundzadə, həmçinin Şilavar və Sütəmurdov kənd tam orta məktəblərinin direktorları Elnur Əsədli və Kamran Əliyev çıxış edərək, bütün iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki, "Məktəbli Qızlar" turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihənin 2 regionda - Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə və Lənkərandan 10 məktəbdə keçirilməsi planlaşdırılır. Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Oxşar xəbərlər