AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun şikayətini təmin etməyib.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, şikayət "Lənkəran"ın oyunçusu Şahin Ağayevlə bağlı olub.
Belə ki, noyabrın 16-da "Salyan OİK"lə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası qüvvədə saxlanılıb.
Kluba Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.