"Milan"ın 2 futbolçusu məşqçinin taktiki tapşırıqlarını dinləməkdən imtina edib.
İdman.biz xəbər verir ki, Rafael Leao və Teo Hernandes bu addımı atıb.
İtaliya A Seriyasının III turunda hər iki futbolçu görüşə ehtiyat oyunçular skamyasında başlayıb. "Latsio" ilə 2:2 başa çatan qarşılaşmanın ikinci hissəsində meydana daxil olan Leao ve Hernandes 73-cü dəqiqədə su fasiləsi zamanı meydanın əks hissəsində dayanıblar. Onlar baş məşqçi Paolo Fonsekanın tapşırıqlarını dinləməyiblər.
Fonseka futbolçularla arasında heç bir problem olmadığını bildirsə də, onların bu addımı portuqaliyalı mütəxəssisə etiraz olaraq atdığı xəbərləri yayılıb.
Qeyd edək ki, mövsümə uğursuz başlayan "Milan" qələbə qazana bilməyib.
İdman.biz