top
Leandro Qomeşdən Azərbaycan futbolu və gənclər haqda MÜSAHİBƏ Idman.biz
02 sentyabr 2025, 17:36
- ↺ +

Leandro Qomeşdən Azərbaycan futbolu və gənclər haqda MÜSAHİBƏ

Azərbaycan milli komandasının veteran futbolçusu Leandro Qomeş Sportal.az saytına müsahibə verib.

İdman.biz xəbər ki, hazırda Braziliyada məşqçi kimi fəaliyyəti göstərən sabiq forvard Premyer Liqanın səviyyəsi barədə də danışıb.

- Azərbaycanda üç klubda oynamısan. "Bakı" və "Olimpik"(Bakı) artıq fəaliyyət göstərmir. "Karvan" isə artıq bu mövsümdən Premyer Liqaya qayıtdı...

- Bu cür böyük ənənəyə malik klubun Premyer Liqaya qayıtdığını eşitmək məni çox sevindirdi. Yevlaxlı azarkeşlərə görə sevinirəm ki, indi onlar öz stadionunda gözəl oyunları izləyə biləcəklər. Azərbaycan futbolu da "Karvan"ın Premyer Liqaya qayıdışından qazanmış olacaq. Çünki onlar şübhəsiz ki, daha rəqabətli komandaya çevriləcək.

- "Karvan-Yevlax" üç matçda 4 xal toplaya bilib. Bu barədə fikrin necədir?

- Etiraf edim ki, bu günlərdə Azərbaycandakı matçları o qədər də izləmirəm. Amma yeni qayıdan "Karvan-Yevlax" yaxşı mövsüm keçirir, onların matçlarından epizodlara sosial şəbəkələrdən izləyirəm. Ümidvaram ki, liqada həmişə olduğu kimi, yaxşı nəticələr qazanacaq. "Karvan" öz stadionunda məğlub etmək çətin komandadır, ona görə də evdə həmişə qalib gəlmək kimi yaxşı üstünlüyə malikdirlər.

- "Karvan"dakı karyeranı, Yevlaxdakı illəri, oyunları necə xatırlayırsan?

- Mən bunu çox gözəl xatırlayıram. Bu həftə dostumla Azərbaycanda oynadığım son klub olan "Karvan" haqda danışırdım. Yevlaxda daha yaxşı yaşaya bildiyim mədəniyyətdən çox danışdım. Xüsusilə də yeməklərə çox yaxşı uyğunlaşmışdım. Mən çoxlu dostlar qazandım və pərəstişkarlara daha yaxın oldum, çünki bu, kiçik bir şəhərdir. Onlarla həmişə stadiondan kənarda da əlaqə saxlayırdım. Bu, böyük təcrübə idi.

- Azərbaycan Premyer Liqası haqda fikirlərin necədir?

- Liqa yüksək rəqabətlidir, səviyyə yaxşıdır və əcnəbi oyunçuların iştirak etdiyi bir neçə klub var. Altı il Azərbaycanda oynadım, klubların gənclərə, gənclərdən ibarət komandalara sərmayə yatırmaqda maraqlı olmadığını görmədim. Düşünürəm ki, gələcəkdə liqanın daha güclü olması üçün klubların fəaliyyət göstərən gənclər akademiyası olmalıdır. Başa düşdüm ki, Azərbaycanda çoxlu istedadlı oyunçular var, amma onları daha tez inkişaf etdirmək lazımdır.

- "Karvan-Yevlax" son turda "Qarabağ"a uduzdu...

- Futbolda favorit qələbəyə daha yaxın göstərilir. "Qarabağ" daha yaxşı illərini yaşayır. Baxmayaraq ki, bu oyunda "Karvan"ın oyunçuları öz dəyərlərini nümayiş etdirmək imkanı əldə etdilər. Yaxşı oynadılar, amma hər halda "Qarabağ" qələbəni qazandı.

- Azərbaycan millisi sentyabrda iki oyun keçirəcək - İslandiya və Ukraynaya qarşı.Yığma bu matçlarda yaxşı nəticə qazana bilər?

- Bəli, əlbəttə. Biz bilirik ki, bu, böyük oyunçuları olan komandalara qarşı çətin matçlardır. Lakin Azərbaycanın layiqli oyunçuları var. Onlar bu matçlarda nə edəcəyini anlayır, bu iki matçda yaxşı nəticələr əldə etmək üçün savadlı və ağıllı məşqçilər korpusu var. Azərbaycana hər zaman uğurlar arzulayıram. Bu ölkə həmişə ürəyimdədir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Oxşar xəbərlər