"Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasında danimarkalı mərhum oyunçusu Yan Sorensenin nailiyyətini geridə qoyub.
"Report"un məlumatına görə, 26 yaşlı vinger buna "Atletik"ə səfərdə uduzduqları əsas mərhələnin oyununda fərqlənməklə nail olub.
L.Andrade Bilbao təmsilçisinin qitənin bir nömrəli klub turnirində buraxdığı ən erkən qolun müəllifi olub. Oyunçu bunu 48-ci saniyədə bacarıb.
Yan Sorensen 1998/1999 mövsümündə Norveçin "Rusenborq" komandasının heyətində Çempionlar Liqası matçında 1 dəqiqə 25-ci saniyədə "Atletik"in qapısına yol tapıb.
Qeyd edək ki, "Qarabağ" ötən gün "Atletik"ə 1:3 hesabı ilə uduzub.