Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"lə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, "Qarabağ"ın futbolçusu İspaniya təmsilçisi "Atletik"ə 1:3 hesabı ilə uduzduqları matçla bağlı şəxsi "Instagram" hesabında paylaşım edib.

26 yaşlı yarımmüdafiəçi məğlubiyyətdən dərs çıxaracaqlarını qeyd edib:
"Əgər bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır", – deyə Andrade yazıb.
Qeyd edək ki, "Qarabağ"ın yeganə qoluna matçın 50-ci saniyəsində Leandro Andrade imza atıb.