Argentina millisinin hücumçusu Lautaro Martines yığmanın beş ən sərrast futbolçuları sırasına daxil olub. Sport24.az xəbər verir ki, 28 yaşlı hücumçu Puerto-Riko ilə yoldaşlıq görüşündə (6:0) iki dəfə fərqlənərək millinin heyətində 34-cü və 35-ci qollarını vurub.
Bununla da Martines əfsanəvi Dieqo Maradonanı (34 qol) qabaqlayıb və Ernan Krespoya (35) çatıb. O, yalnız Serxio Aquero (42), Qabriel Batistuta (54) və Lionel Messidən (114) geri qalır.