Argentinalı futbolçu Lautaro Martines İtaliyanın "İnter" klubunun tarixinə düşüb.
"Report"un "Opta"ya istinadən məlumatına görə, hücumçu buna Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda nail olub.
Forvard Çexiya təmsilçisi "Slaviya"ya qalib gəldikləri matçda dubl edib. O, Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində yeddi fərqli mövsümdə qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, qarşılaşma "İnter"in 3:0 hesablı qələbəsi ilə bitib.
lautaro martines UEFA Çempionlar Liqası rekord "İnter" klubu