İtaliya A Seriyası təmsilçisi "Latsio" yeni baş məşqçisinin Mauritsio Sarri olduğunu elan edib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, bu postda Marko Baronini əvəzləyib.
Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2021-2024-cü illərdə Roma kollektivini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümünü ikinci pillədə başa vurub.