İtaliyanın "Latsio" klubu "Arsenal"ın (İngiltərə) futbolçusu Nunu Tavarişi transfer edib.
"Report" xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
25 yaşlı futbolçu ötən mövsüm "Latsio"da icarə əsasında çıxış edib.
Qeyd edək ki, futbolçu karyerası ərazində icarə əsasında "Benfika" (Portuqaliya), "Marsel" (Fransa) və "Nottinqem Forest" (İngiltərə) klublarında da çıxış edib.