"Barselona"nın prezidenti Xuan Laporta klubun müxtəlif bölmələrindən olan futbolçuların heyəti üçün Milad şam yeməyi təşkil edib. Sport24.az xəbər verir ki, "kataloniyalılar"ın prezidenti məclis zamanı əsas komandanın baş məşqçisi Hans Flikin peşəkar keyfiyyətlərini yüksək qiymətləndirib:
"Flikin gəlişi ilə Barselona oyunçuları yenidən ümid qazandılar, biz bir daha başa düşürük ki, bütün kuboklar üçün mübarizə aparmağa qadirik".
Qeyd edək ki, Flik may ayında "Barselona"nın başına keçərək, bu postu Xavi Hernandezdən təhvil almışdı.