"Barselona"nın futbolçusu Lamin Yamalın "Betis"ə vurduğu qol İspaniya La Liqasında oktyabrın ən yaxşı qolu seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Yamal yekun səsvermədə "Real Madrid"in hücumçusu Kilian Mbappe və "Alaves"in futbolçusu Uqo Novoanı geridə qoyub.
İspaniyalı vinger "Betis"lə qarşılaşmanın 10-cu dəqiqəsində cərimə meydançasının kənarından sol ayaqla dəqiq zərbə endirərək hesabı açıb. Onun qapının yuxarı küncünə göndərdiyi top ayın ən yaxşı qolu mükafatını qazandırıb.