Lamin Yamalın atası oğlunun dəbdəbəli ad günü mərasimi barədə danışıb.
"Report"un xəbərinə görə, Munir Nasraui "Europa Press"ə açıqlamasında bildirib ki, onun oğlu haqda neqativ fikirlər səsləndirənlər ilk növbətə öz əməllərinə nəzər salsa, yaxşı olar:
"Oğlum heç bir pis iş görməyib. Pis iş görsəydi, ilk olaraq mən onun qulağından tutub deyərdim: "Oğlum, belə etmək olmaz". Lakin yenə deyirəm, o heç bir pis iş görməyib. Ölkənin hüquq-mühafizə orqanları var. Gəlin, ilk növbədə özümüzə qarşı səmimi olaq".