İspaniya millisinin futbolçusu Lamin Yamal zədəsinə görə komandanın heyətindən çıxarılıb.
İdman.Biz xəbər verir ki, bu barədə rəsmi açıqlama İspaniya Futbol Federasiyasının saytında dərc olunub.
Məlumata görə, L.Yamal noyabrın 10-da, yığmanın toplanış günü qasıq nahiyəsində ağrılar səbəbindən müvafiq prosedur keçirib. Lakin federasiyanın həkimlərinə bu barədə əvvəlcədən məlumat verilməyib.
Hadisə yalnız axşam saatlarında, futbolçuya 7-10 gün istirahət təyin edildikdən sonra açıqlanıb.
Qeyd edək ki, Lamin Yamal Gürcüstan və Türkiyə ilə beynəlxalq oyunlarda komandaya kömək edə bilməyəcək.