Kataloniya "Barselona"sının ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının üçüncü turunda "Rayo Valyekano" ilə matçın 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, XXI əsrdə La Liqanın ən gənc penaltisini vuran futbolçu olub. Qarşılaşma heç-heçə (1:1) ilə başa çatıb.
"Report" xəbər verir ki, bu barədə "Squawka" statistika portalı məlumat yayıb.
Portalın məlumatına görə, qarşılaşma zamanı Yamalın yaşı 18 yaşı (49 gün) olub.
Xatırladaq ki, Kataloniya "Barselona"sının növbəti oyunu sentyabrın 14-də evdə "Spotify Camp Nou" stadionunda "Valensiya"ya qarşı keçiriləcək. Matçın Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.