"Barselona"nın hücumçusu Lamin Yamal Kataloniya təmsilçisinin sabiq müdafiəçisi Jerar Pike və müğənni Şakiranın yaşadığı malikanəni almağı planlaşdırır. Futbolçu orada hazırkı Niki Nikol ilə yaşamağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb,
Mənbənin sözlərinə görə, Lamin komanda yoldaşları Alexandro Balde və Ronald Arauxo ilə qonşu olacaq. Ev eksklüzivliyi ilə tanınan Esplugues de Llobregat məhəlləsindəki Ciutat Diagonal yaşayış kompleksində yerləşir.
Qeyd edək ki, Yamal bu mövsüm "Barselona"nın heyətində ümumilikdə 8 matça çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.