İspaniyanın "Barselona" futbol klubunun vingeri Lamin Yamal cari mövsüm Avropanın beş aparıcı futbol çempionatında ən çox uğurlu driblinq edən oyunçu olub.
İdman.Biz xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu cari mövsüm 49 dəfə rəqibini driblinqlə keçib. Bu göstərici ilə o, siyahıda birinci yerdə qərarlaşıb.
İkinci və üçüncü pillələri "Real Madrid"in futbolçuları Kilian Mbappe və Yan Diomande bölüşürlər. Hər iki oyunçunun aktivində 37 uğurlu driblinq var.
Avropanın TOP-5 liqasında uğurlu driblinqlərin sayına görə ilk onluq belədir:
Lamin Yamal ("Barselona") – 49
Kilian Mbappe ("Real Madrid") – 37
Yan Diomande ("Real Madrid") – 37
Brajan Qruda ("RB Leypsiq") – 36
David Larrubia ("Malaqa") – 30
Cessim Yassin ("Strasbur") – 30
Giorgi Kvernadze ("Frozinone") – 30
Cud Bellingem ("Real Madrid") – 30
Matias Sule ("Roma") – 28
Jeremi Doku ("Mançester Siti") – 27.