top
La Liqanın 94-cü mövsümü STARTDA İdman.biz
15 avqust 2024, 15:33
- +

La Liqanın 94-cü mövsümü STARTDA

Bu gün İspaniya La Liqasının 94-cü mövsümünə start veriləcək.

İdman.biz xəbər verir ki, ölkə çempionatın ilk oyun günündə "Atletik" – "Xetafe" və "Betis" – "Jirona" matçları keçirləcək.

1928/1929-cu illərdə ilk turnirdə iştirak etmiş 12 komandadan 6-si bu mövsümdə də mübarizəyə qatılacaq. Onlardan ilk çempionatda fəxri kürsüyə bu ardıcıllıqla qalxmış "Barselona", "Real" və "Atletik" fasiləsiz bütün mövsümlərdə iştirak ediblər. "Espanyol" (88 mövsümdə iştirak edib), Madrid "Atletiko"su (87) və "Real Sosyedad"ın (77) iştiraklarında isə fasilələr olub.

İspaniya çempionu adını indiyədək cəmi 9 komanda qazanıb. Ən çox qalib adına "Real" (36) və "Barselona" (27) layiq görülüb. Son çempion Madrid təmsilçisidir.

La Liqanın ən yaşlı oyunçuları "Rayo Vakyekano"dadır (orta yaş – 27,86). Ən gənc heyətə isə "Barselona" (22,89) malikdir.

20 klubdan yalnız 5-ni xarici mütəxəssis çalışdırır. Ən yaşlı məşqçi "Betis"in "sükanı arxası"nda olan 71 yaşlı çilili mütəxəssis Manuel Pelleqrini, ən cavanı isə "Selta"nın 36 yaşlı ispaniyalı mütəxəssisi Klaudio Xiraldesdir.

I tur
15 avqust

"Atletik" – "Xetafe"
"Betis" – "Jirona"
16 avqust
"Selta" – "Alaves"
"Las Palmas" – "Sevilya"
17 avqust
"Osasuna" – "Leqanes"
"Valensiya" – "Barselona"
18 avqust
"Real Sosyedad" – "Rayo Valyekano"
"Malyorka" – "Real" Madrid
19 avqust
"Valyadolid" – "Espanyol"
"Vilyarreal" – "Atletiko"

Vüqar Məmmədov
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Atletiko Madrid" yenidən La Liqada hakimlikdən narazıdır

Futbol
Bu gün, 03:05

Zədəli Rafinya "Atletiko Madrid"lə oyunda komandasına dəstək olacaq

Futbol
Bu gün, 02:08

Lotar Matteus Vinisiusun Daimi Təxribatlarına Toxunub

Futbol
Bu gün, 01:43

Əliyar Ağayev və Cavid Cəlilov "Turan Tovuz" - "Zirə" oyunundakı qərarlarına görə oyunlardan kənarlaşdırılıb

Futbol
Bu gün, 01:26

Kompani: "Real"la oyunda nəticə detallardan asılı olacaq

Futbol
Bu gün, 01:18

"Milan" "Napoli" səfərindən xalsız qayıdır

Futbol
Bu gün, 01:11

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 01:07

"Jirona" "Vilyarreal" üzərində minimal hesablı qələbə qazanıb

Futbol
Bu gün, 01:04

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 00:49

A Seriyası: "Napoli" "Milan" üzərində qələbə qazandı, "Yuventus" və "Atalanta" da qalib gəldi - YENİLƏNİB

Olimpiada
Bu gün, 00:32

Ümumdünya Antidopinq Agentliyinin keçmiş prezidenti Kreyq Rid vəfat edib

Minifutbol
Bu gün, 00:13

Azərbaycanla oyunlar ərəfəsində Qazaxıstan futzal millisinin heyətində dəyişiklik

Futbol
Dünən, 23:54

Rio Ferdinand Lamin Yamalın futbol sevgisini alovlandırdığını deyir

Futbol
Dünən, 23:39

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Dünən, 23:08

"Real Madrid" Kamavinqanı sərfəli təklif gələrsə satmağı düşünür

Boks
Dünən, 22:55

"Böyük İpək Yolu" turnirində Azərbaycan boksçuları finala vəsiqə qazanıb, 10 bürünc medal əldə edilib

Futbol
Dünən, 22:53

Qurban Qurbanov: Komandada düzgün xarakter olmasa, nəticələr də olmaz

Basketbol
Dünən, 22:38

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin oyunları - "Şəki" "Quba"nı, "Naxçıvan" isə "Sərhədçi"ni məğlub edib

Basketbol
Dünən, 22:25

"Naxçıvan" basketbol komandası pley-offa yüksəldi

Boks
Dünən, 22:23

Böyük İpək Yolu turniri: Azərbaycanlı boksçulardan 11-i finalda

Voleybol
Dünən, 22:07

Azərbaycanda voleybol məşqçiləri üçün FIVB-nin iştirakı ilə kurs keçirilib - FOTO

Futbol
Dünən, 22:06

"Yuventus" "Cenoa"nı məğlub edib, "Atalanta" "Leççe"ni darmadağın edib, "Udineze" və "Komo" heç-heçə oynayıb

Futbol
Dünən, 21:56

"Korintians" Dorival Juniorla yollarını ayırdı

Futbol
Dünən, 21:52

Füzuli Məmmədovdan "Qarabağ"a 7:0 hesabı ilə məğlubiyyətdən sonra açıqlama

Oxşar xəbərlər