top
La Liqa: Vilyarrealın Valensiya üzərində qələbəsi, Barselona liderliyə yüksəldi, Sevilya Xetafeni məğlub etdi Idman.biz
23 fevral 2026, 02:15
- ↺ +

La Liqa: "Vilyarreal"ın "Valensiya" üzərində qələbəsi, "Barselona" liderliyə yüksəldi, "Sevilya" "Xetafe"ni məğlub etdi

İspaniya La Liqasının 25-ci turu çərçivəsində keçirilən "Vilyarreal" - "Valensiya" qarşılaşması meydan sahiblərinin qələbəsi ilə başa çatıb. "Keramika" stadionunda baş tutan matçda meydan sahibləri 2:1 hesablı geridönüşə imza atıblar.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 27-ci dəqiqədə qonaqlar açıblar. Lardji Ramazani penalti zərbəsini dəqiq yerinə yetirərək "Valensiya"nı önə keçirib. Lakin bu üstünlük cəmi dörd dəqiqə çəkib. 31-ci dəqiqədə Santyaqo Komesanya hesaba tarazlıq gətirib. İlk hissəyə əlavə olunmuş vaxtda isə Pap Qeye 11 metrlik cərimə zərbəsindən fərqlənərək komandasını irəli çıxarıb.

İkinci hissədə hesab dəyişməyib və "Vilyarreal" vacib üç xalı aktivinə yazdırıb. Bu qələbə sayəsində xallarının sayını 51-ə çatdıran meydan sahibləri turnir cədvəlində üçüncü pilləyə qalxıblar. 26 xalı olan "Valensiya" isə 15-ci sırada qərarlaşıb.

Növbəti turda "Vilyarreal" fevralın 28-də səfərdə lider "Barselona"nın qonağı olacaq. "Valensiya" isə bir gün sonra "Osasuna" ilə qarşılaşacaq.

21:50

İspaniyanın La Liqasında çıxış edən "Barselona" 25-ci turda doğma meydanda "Levante"ni 3:0 hesabı ilə məğlub edərək turnir cədvəlinin zirvəsinə qalxıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada qolları Mark Bernal, Frenki de Yonq və Fermin Lopes vurublar. Kataloniya təmsilçisi bununla bütün turnirlərdə iki oyundur davam edən məğlubiyyət seriyasına son qoyub.

"Barselona" xallarının sayını 61-ə çatdıraraq La Liqada liderliyə yüksəlib və 60 xalı olan "Real"ı geridə qoyub.

"Levante" isə ardıcıl dördüncü məğlubiyyətini alıb. 18 xalla 19-cu pillədə qərarlaşan komandanın vəziyyəti daha da çətinləşib.

20:01

İspaniya La Liqasının 25-ci turu çərçivəsində "Sevilya" səfərdə "Xetafe"nin qonağı olub. Gərgin keçən qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyini həll edən yeganə qolu 64-cü dəqiqədə Cibril Sou vurub. Meydan sahibləri matçın böyük hissəsini azlıqda keçirməli olublar. Belə ki, 26-cı dəqiqədə Cene birbaşa qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.

Bu qələbədən sonra xallarının sayını 29-a çatdıran "Sevilya" turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Eyni xala malik olan "Xetafe" isə 12-ci sıraya geriləyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Oxşar xəbərlər