İspaniya La Liqasının 16-cı turunun təxirə salınmış "Levante" və "Vilyarreal" arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Valensiyadakı "Ciudad de Valencia" stadionunda baş tutub. "Vilyarreal" 1:0 hesabı ilə qalib gəlib.
"Vilyarreal"ın hücumçusu Jorj Mikautadze matçın yeganə qolunu 57-ci dəqiqədə vurub.
Bu oyundan sonra "Levante" 18 xalla İspaniya çempionatının turnir cədvəlində 19-cu, "Vilyarreal" isə 48 xalla üçüncü yerdədir.