top
La Liqa: Superkubok məşqi - Barselona və Realdan vacib oyunlar Idman.biz
02 dekabr 2025, 14:11
- ↺ +

La Liqa: Superkubok "məşqi" - "Barselona" və "Real"dan vacib oyunlar

İspaniya La Liqasında qeyri-adi vəziyyət yaranıb: çempionatın təqvimi rəsmi olaraq XV turda olsa da, XIX turun iki oyunu indidən keçiriləcək.

İdman.Biz-in məlumatına görə, səbəb sadədir - "Barselona", "Atletiko", "Atletik" və Madrid "Real"ı yanvar ayında İspaniya Superkubokunda iştirak edəcək, buna görə də həmin komandaların oyunları əvvəlcədən təqvimdən ayrılıb.

Bu, qarşıdakı görüşləri xüsusi maraqlı edir: onlar indidən turnir cədvəlinə təsir göstərir, halbuki yanvara qədər komandaların durumu tamamilə dəyişmiş olacaq. Bu matçlar eyni zamanda Superkubok ərəfəsində bir növ "məşq" kimi də qiymətləndirilə bilər.

"Barselona" - "Atletiko" (2 dekabr, Bakı vaxtı ilə 23:59)

XIV turdan sonra "Barselona" 34 xalla liderliyə yüksəlib və "Real"ın xal itkisi ilə fürsətdən yararlanıb. "Atletiko" 31 xalla dördüncü pillədədir. Kataloniyalıların ciddi kadr problemi var: ter Ştegen, Arauxo, Qavi və Fermin Lopes zədəlidir - bu, həm müdafiəyə, həm də yarımmüdafiəyə ciddi təsir göstərib. "Atletiko"da Markos Lorente oynaya bilməyəcək, Robin Le Normanın iştirakı isə sual altındadır.

Hansi Flik mətbuat konfransında komandanın oyununda eniş-yoxuşların olduğunu etiraf edib və xüsusilə müdafiədə sabitlik əldə etməyin vacibliyini vurğulayıb. O, qarşıdakı qarşılaşmanı liderliyi möhkəmləndirmək üçün şans adlandırıb.

Dieqo Simeone isə əksinə, "Barselona"ya çoxlu təriflər yağdırıb, komandanın "inanılmaz hücumu"nu və güclü fərdi keyfiyyətlərini xüsusi qeyd edib. Eyni zamanda o vurğulayıb ki, "Atletiko" yaxşı formadadır və "oyunu özünə sərf edən məcraya yönəltməyə" çalışacaq.

"Atletik" - "Real" (3 dekabr, 22:00, Bakı vaxtı ilə)

Ötən həftəsonu Xabi Alonsonun komandası autsayderlərdən biri olan "Jirona" ilə heç-heçə oynayaraq (1:1) liderliyi əldən verdi. Bu, madridlilərin ardıcıl üçüncü heç-heçəsidir və komandanın ideal formada olmadığını göstərir. "Qarabağ"ın keçmiş rəqibi "Atletik" 20 xalla səkkizinci yerdədir və istənilən grandla rəqabət apara biləcək gücdədir.

Basklarda heyətlə bağlı yaxşı xəbərlər var: Qalarrreta və Laport oyuna hazırdır, Yurinin durumu isə qeyri-müəyyəndir.

"Real"da da müdafiə xətti tədricən bərpa olunur - Rudiger və Militao məşqlərə qayıdıb. Bununla belə, İspaniya mediası komandanın hələ də heyət dərinliyi problemi yaşadığını bildirir. Bu isə sıx oyun qrafiki və ardıcıl səfərlər fonunda daha da hiss olunur.

Xabi Alonso komandanın vahid məqsəddə olduğunu vurğulayır və mövsümün sonuna qədər bütün titullar uğrunda mübarizə aparmaq niyyətində olduqlarını bildirir. "Jirona" ilə oyundan sonra o etiraf edib ki, "Real" epizodların realizasiyasında dəqiqlik çatışmazlığı yaşayıb və komandanın yenidən qələbə seriyasına qayıtmasının vacibliyini qeyd edib.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Bu gün, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Bu gün, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Oxşar xəbərlər