top
La Liqa: Sevilya derbisi heç-heçə başa çatdı, Valensiya qalib gəldi, Elçe və Espanyol da xalları bölüşdü - YENİLƏNİR + VİDEO Idman.biz
02 mart 2026, 00:10
- ↺ +

La Liqa: Sevilya derbisi heç-heçə başa çatdı, "Valensiya" qalib gəldi, "Elçe" və "Espanyol" da xalları bölüşdü - YENİLƏNİR + VİDEO

İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən "Betis" - "Sevilya" matçı məhsuldar heç-heçə ilə başa çatıb. Sevilya derbisində tərəflər hərəyə iki qol vuraraq xalları bölüblər.

İdman.Biz xəbər verir ki, qarşılaşmaya "Betis" daha fəal başlayıb. 16-cı dəqiqədə Entoni hesabı açıb, 37-ci dəqiqədə isə Alvaro Fiqaldo meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Lakin ikinci hissədə "Sevilya" geri dönməyi bacarıb. 65-ci dəqiqədə Aleksis Sançes fərqi minimuma endirib. Matçın sonlarına yaxın, 85-ci dəqiqədə isə Ayzek Romero dəqiq zərbə ilə tarazlığı bərpa edib - 2:2.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Betis" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Sevilya" isə 30 xalla 12-ci sırada yer alıb.

21:28

İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən "Valensiya" - "Osasuna" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyini həll edən yeganə qol 67-ci dəqiqədə vurulub. "Valensiya"nın hücumçusu Lardi Ramazani təyin olunmuş penaltini dəqiq yerinə yetirərək komandasına vacib qələbəni gətirib.

Bu nəticədən sonra xallarını 29-a çatdıran "Valensiya" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. "Osasuna" isə 33 xalla 10-cu yerdədir.

Növbəti turda, martın 7-də "Osasuna" öz meydanında "Malyorka"nı qəbul edəcək. "Valensiya" isə bir gün sonra səfərdə "Alaves"lə qarşılaşacaq.

19:44

İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən "Elçe" - "Espanyol" matçı məhsuldar bərabərliklə yekunlaşıb. Hər iki komanda bu nəticə ilə qələbəsiz oyunlar seriyasını davam etdirib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın yeddinci dəqiqəsində Kike Qarsiya qonaqları hesabda irəli çıxarıb. Meydan sahibləri fasiləyə az qalmış tarazlığı bərpa etməyi bacarıblar; 42-ci dəqiqədə Mark Aquado fərqlənib - 1:1.

Görüşün ikinci hissəsində "Espanyol" yenidən önə keçib. 57-ci dəqiqədə Karlos Romero uzaq məsafədən vurduğu zərbə ilə komandasını üstün duruma gətirib. Lakin "Elçe" məğlubiyyətdən qurtulmağı bacarıb. Matçın sonlarına yaxın qazanılan penaltini dəqiq yerinə yetirən Rafa Mir yekun hesabı müəyyənləşdirib - 2:2.

Bu nəticədən sonra "Espanyol" (36) turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Elçe" (26) isə təhlükəli zonaya yaxın mövqedə - 17-ci pillədə qalmaqdadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər