top
La Liqa: Real Madrid, Sevilya, Valensiya qələbələri və Osasunanın səfər qələbəsi - YENİLƏNİB + VİDEO Idman.biz
25 yanvar 2026, 02:09
- ↺ +

La Liqa: "Real Madrid", "Sevilya", "Valensiya" qələbələri və "Osasuna"nın səfər qələbəsi - YENİLƏNİB + VİDEO

İspaniya La Liqasının 21-ci turunun "Vilyarreal" və "Real Madrid" komandaları arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar "Estadio Céramica" (Vilyarreal) stadionunda oynayıblar. Qonaq komanda 2:0 hesablı qələbə qazanıb.

"Real Madrid"in hücumçusu Kilian Mbappe matçın ilk qolunu 47-ci dəqiqədə vurub. 90+4-cü dəqiqədə hücumçu dubl edərək yekun hesabı təsdiqləyib.

İspaniya liqasında 21 oyundan sonra "Real Madrid" 51 xala sahibdir və turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" 20 oyundan sonra 41 xala sahibdir və dördüncü yerdədir.

Növbəti turda "Vilyarreal" 31 yanvarda səfərdə "Osasuna", "Real Madrid" isə 1 fevralda evdə "Rayo Valyekano" ilə qarşılaşacaq.

00:05

İspaniya La Liqasının 21-ci turunun "Sevilya" və "Atletik Bilbao" komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançez Pisxuan" stadionunda qarşılaşıblar. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

"Atletik Bilbao"nun hücumçusu Robert Navarro 40-cı dəqiqədə hesabı açıb. İki dəqiqə sonra meydan sahiblərinin oyunçusu Jerar Fernandes bərabərlik qolunu vurub, Akor Adams isə 56-cı dəqiqədə "Sevilya"nı irəli çıxarıb.

21 La Liqa oyunundan sonra "Sevilya"nın 24 xalı var və doqquzuncu yerdədir. "Atletik Bilbao"nun da 24 xalı var və 12-ci yerdədir.

21:49

İspaniya La Liqasının 21-ci turunun "Espanyol" və "Valensiya" komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar "Mestalya" stadionunda (Valensiya) qarşılaşıblar. Meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

"Valensiya"nın hücumçusu Uqo Duro 15-ci dəqiqədə hesabı açıb. Qonaq yarımmüdafiəçi Ramon Terrats 54-cü dəqiqədə bərabərlik qolunu vurub, müdafiəçi Eray Cemert isə beş dəqiqə sonra ev sahiblərini yenidən hesabda irəli çıxarıb. 79-cu dəqiqədə "Valensiya"nın müdafiəçisi Xose Kopete öz qapısına qol vurub. 90+4-cü dəqiqədə Largi Ramazani penaltidən qola imza ataraq ev sahiblərinin qələbəsini təmin edib.

La Liqada 21 oyundan sonra "Espanyol" 34 xalla turnir cədvəlində beşinci yerdədir. "Valensiya" 23 xalla 13-cü yerdə qərarlaşıb.

19:48

İspaniya La Liqasının 21-ci turunun oyununda "Osasuna" səfərdə "Rayo Valyekano"nu 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Viktor Munyos 29-cu dəqiqədə hesabı açıb. Meydan sahibləri 59-cu dəqiqədə Pate Sissanın qolu ilə hesabı bərabərləşdiriblər. 90+1-ci dəqiqədə Viktor Munyos "Osasuna"nı irəli çıxarıb və bir neçə dəqiqə sonra Asier Osambela yekun hesabı müəyyənləşdirib.

"Osasuna" (25 xal) La Liqada səkkizinci yerə yüksəlib. "Rayo Valyekano" (22 xal) turnir cədvəlində 13-cü yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Digər
Bu gün, 19:17

Kriştianu Ronaldu ağır zədə alan Kvaratsxeliyaya dəstək verdi - FOTO

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 19:04

Gürcüstan millisinin və Trabzusporun sabiq futbolçusu Giorgi Nemsadze 54 yaşında vəfat edib

Futbol
Bu gün, 18:59

Manchester City futbolçusu Fil Foden: Ən yaxşı formama qayıtmaq istəyirəm

Digər
Bu gün, 18:53

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Basketbol
Bu gün, 18:52

İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər

Futbol
Bu gün, 18:51

Marko Asensio 3 ay boyu yaşıl meydanlardan uzaq qala bilər

Digər
Bu gün, 18:45

Yunanıstan basketbolunda böyük qalmaqal: hakimin evindən 800 min avro tapıldı

Digər
Bu gün, 18:39

Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı

Digər
Bu gün, 18:24

Maykl Karrik Fabreqası təriflədi

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Oxşar xəbərlər